İDMAN


Bu gün UEFA Çempionlar Liqasında dördüncü tura start veriləcək

Bakı, 6 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması İtaliyanın “San Siro” stadionunda keçiriləcək. “İnter” klubu İspaniyanın “Barselona” komandasını qəbul edəcək. Üçüncü turda bu komandalar artıq üz-üzə gəliblər. Həmin görüşdə kataloniyalılar rəqibin qapısından iki cavabsız top keçirib.

Bu komandalar UEFA Çempionlar Liqasinda, ümumilikdə, 7 dəfə qarşılaşıblar. Onların 4-də “Barselona”, 1-də isə “İnter” klubu qalib gəlib. İki oyun heç-heçə yekunlaşıb. Qrupun digər oyununda PSV (Niderland) İngiltərənin “Tottenhem” klubunun qonağı olacaq (ilk oyun – 2:2).

Üç turdan sonra B qrupuna 9 xalla “Barselona” klubu başçılıq edir. Aktivində 6 xalı olan “İnter” ikinci yerdə qərarlaşıb. Hərəyə bir xal toplayan “Tottenhem” və PSV üçüncü və dördüncü yerləri bölüşürlər.

Turun digər maraq doğuran oyunu isə İtaliyanın Neapol şəhərində oynanılacaq. “Napoli” (İtaliya) Fransanın PSG klubu ilə üz-üzə gələcək. Komandalar arasında Fransada baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.

C qrupuna üç turdan sonra 6 xalla “Liverpul” liderlik edir. Beş xalı olan “Napoli” ikinci, dörd xala malik PSG isə üçüncü yerdə qərarlaşıb. “Crevena Zvezda” 1 xalla dördüncü yerdədir.

Turun digər oyunları bunlardır:

A qrupu

“Monako” (Fransa) – “Brügge” (Belçika),

“Atletiko Madrid” (İspaniya) – “Borussiya” (Almaniya).

B qrupu

“İnter” (İtaliya) – “Barselona” (İspaniya),

“Tottenhem” (İngiltərə) - PSV (Hollandiya).

C qrupu

“Crevena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə),

“Napoli” (İtaliya) – PSG (Fransa).

D qrupu

“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə),

“Portu” (Portuqaliya) – “Lokomotiv” (Rusiya).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.