İDMAN


Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsi start götürür

Bakı, 16 fevral, Nicat Məmmədov, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinə start verilir.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Səkkizdəbir final mərhələsinin maraq doğuran görüşlərdən biri İspaniyada keçiriləcək. “Barselona” öz meydanında Fransa çempionu “Paris Sen-Jermen” komandasını qəbul edəcək. Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq.

Kataloniya təmsilçisinin heyətində Jerar Pike, Serxio Roberto, Martin Breytueyt, Ansu Fati və Filippe Koutinyonun zədəyə görə oynamayacağı dəqiqdir. Paris klubunda isə Kolin Daqba, Neymar və Anxel Di Maria eyni səbəbdən meydana çıxmayacaq. Rafinyanın isə görüşdə iştirakı sual altındadır.

Günün ikinci qarşılaşmasında İngiltərənin “Liverpul” klubu Almaniyanin “Leyptsiq” komandasının qonağı olacaq. Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq. Meydan sahiblərində Benyamin Henriks, Konrad Laymer və Emil Forsberq zədəlidir. Mersisayd təmsilçisində isə Vircil van Deyk, Co Qomes, Fabinyo, Nabi Keyta və Diequ Jota zədəli olduqları üçün komandalarına kömək edə bilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.