İDMAN


Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək

Bakı, 17 avqust, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq.

Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın "Viktoriya Plzen" komandasını qəbul edəcək.

Xatırladaq ki, pley-off turunun ilk matçları avqustun 17-də, cavab qarşılaşmaları isə avqustun 24-də təşkil olunacaq.

Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Pley-off mərhələsinin növbəti matçlarının proqramını təqdim edirik:

17 avqust

20.45 “Qarabağ” (Azərbaycan) - Viktoriya Plzen (Çexiya)

23.00 Makkabi Hayfa (İsrail) – Srvena zvezda (Serbiya)

23.00 Dinamo Kiyev (Ukrayna) - Benfika (Portuqaliya)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.