İDMAN


Bu gün UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümünün dörddəbir final mərhələsinə start veriləcək

Bakı, 9 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 9-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.

İngiltərə klubları “Tottenhem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gələcəklər. Hər iki kollektiv səkkizdəbir finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular “Borussiya Dortmund”dan (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) güclü olublar.

Komandaların heç birinin heyətində cəzalı futbolçu olmasa da, zədəlilər var. Erik Dayer və Erik Lamela zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Serj Orye ilə Fernando Lyorentenin vəziyyəti isə sual altındadır.

“Mançester Siti”də Klaudio Bravo və Aleksandr Zinçenko zədədən əziyyət çəkir. Fabian Delf, Kayl Uoker və Kun Aqueronun isə meydana çıxacağı bilinmir.

Günün ikinci görüşü də İngiltərədə baş tutacaq. “Liverpul” öz meydanında Portuqaliyanın “Portu” komandasını qəbul edəcək. Komandalar ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasında qarşılaşacaqlar. İngilislər ötən mövsüm səkkizdəbir final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salah və Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. “Enfild”dəki görüşdə isə hesab açılmayıb.

“Liverpul” səkkizdəbir finalda Almaniya təmsilçisi “Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). “Portu” isə İtaliyanın “Roma” klubunu keçib (1:2, 3:1).

Meydan sahiblərinin heyətində Endryu Robertson cəzalı, Co Qomez və Aleks Oksleyd-Çemberlen zədəlidir. Adam Lallananın vəziyyəti sual altındadır. “Portu”da isə Ektor Errera ilə Pepe cəzalıdır. Aleks Telles isə zədə səbəbindən meydana çıxmaya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.