İDMAN
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun növbəti oyunları keçiriləcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündə “A”, “B”, “C” və “D” qruplarında səkkiz görüş oynanılacaq.
“C” qrupunda yer alan “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək. Qrupun digər oyununda isə “Roma” səfərdə “Çelsi”nin qonağı olacaq .
Günün digər oyunları aşağıdakılardır:
“A” qrupu
“Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə)
ÇSKA (Rusiya) – “Bazel” (İsveçrə)
“B” qrupu
“Bavariya” (Almaniya) – “Seltik” (Şotlandiya)
“Anderlext” (Belçika) – PSJ (Fransa)
“C” qrupu”
“Qarabağ” (Azərbaycan) – “Atletiko Madrid” (İspaniya)
“Çelsi” (İngiltərə) – “Roma” (İtaliya)
“D” qrupu
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)
“Barselona (İspaniya) – “Olimpiakos” (Yunanıstan).