İDMAN


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start verilir

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq. Bu turun görüşlərində bəzi klublar növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edə bilərlər.

Türkiyənin turnirdəki yeganə təmsilçisi, H qrupunda mübarizə aparan “Başakşəhər” komandası ötən tur İstanbulda 2:1 hesabı ilə qalib gəldiyi “Mançester Yunayted” klubunun qonağı olacaq.

Günün digər qarşılaşmaları aşağıdakılardır:

E qrupu

“Krasnodar” (Rusiya) - “Sevilya” (İspaniya);

“Renn” (Fransa) - “Çelsi” (İngiltərə).

Qrupda vəziyyət: “Çelsi” - 7, “Sevilya” - 7, “Krasnodar” - 1, “Renn” - 1.

F qrupu

“Latsio” (İtaliya) - “Zenit” (Rusiya);

“Borussiya” (Dortmund, Almaniya) - “Brügge” (Belçika).

Qrupda vəziyyət: “Borussiya” - 6, “Latsio” - 5, “Brügge” - 4, “Zenit” - 1

G qrupu

“Dinamo” (Kiyev, Ukrayna) - “Barselona” (İspaniya);

“Yuventus” (İtaliya) - “Ferensvaroş” (Macarıstan).

Qrupda vəziyyət: “Barselona” - 9, “Yuventus” - 6, “Dinamo” - 1, "Ferensvaroş" - 1

H qrupu

“Mançester Yunayted” (İngiltərə) - “Başakşəhər” (Türkiyə);

“Paris Sen-Jermen” (Fransa) - “Leypsiq” (Almaniya).

Qrupda vəziyyət: “Mançester Yunayted” - 6, “Leyptsiq” - 6, “Paris Sen-Jermen” - 3, “Başakşəhər” - 3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.