İDMAN
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.
“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Portu”nu qəbul edəcək. Şenol Günəşin yetirmələrini növbəti mərhələyə adlamaq üçün heç-heçə də qane edir. “H” qrupunun lideri “Tottenhem” isə səfərdə autsayder “Borussiya Dortmund”un qonağı olacaq.
Gün ərzində qruplarda aşağıdakı qarşılaşmalar keçiriləcək:
“E” qrupu
“Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə)
“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya)
“F” qrupu
“Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)
“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
“G” qrupu
“Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya)
“Monako” (Fransa) – “Leyptsiq” (Almaniya)
“H” qrupu
APOEL (Kipr) – “Real Madrid” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə).
Qitənin ən nüfuzlu klub turnirinin “C” qrupunda mübarizə aparan “Qarabağ” komandası noyabrın 22-də Londonun “Çelsi” klubunu qəbul edəcək.