İDMAN
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna yekun vurulacaq
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də oynanılacaq 8 qarşılaşma ilə UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qruplarında görüşlər baş tutacaq. Həmin görüşlərin ikisi – “Milan” – “Portu” və “Real Madrid” – “Şaxtyor Donetsk” matçları saat 20:45-də, digərləri saat 12-də başlayacaq.
Günün bütün görüşləri aşağıdakılardır:
A qrupu
“Mançester Siti” (İngiltərə) – “Brügge” (Belçika);
“Leyptsiq” (Almaniya) – “Paris Sen-Jermen” (Fransa).
Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” - 7, “Mançester Siti” - 6, “Brügge” - 4, “Leyptsiq” - 0.
B qrupu
“Milan” (İtaliya) – “Portu” (Portuqaliya);
“Liverpul” (İngiltərə) – “Atletiko Madrid” (İspaniya).
Qrupdakı vəziyyət: “Liverpul” - 9, “Atletiko Madrid” - 4, “Portu” - 4, “Milan” – 0.
C qrupu
“Sportinq” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə);
“Borussiya Dortmund” (Almaniya) – “Ayaks” (Niderland).
Qrupdakı vəziyyət: “Ayaks” - 9, “Borussiya Dortmund” - 6, “Sportinq”- 3, “Beşiktaş” - 0.
D qrupu
“Real Madrid” (İspaniya) – “Şaxtyor Donetsk” (Ukrayna);
“Şerif” (Moldova) – “İnter” (İtaliya).
Qrupdakı vəziyyət: “Şerif” - 6, “Real Madrid” - 6, “İnter” - 4, “Şaxtyor Donetsk” - 1
Qeyd edək ki, ötən gün keçirilən oyunlardan sonra “Bavariya” və “Yuventus” klubları pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Münxen təmsilçisi “Benfika”nı (5:2), turinlilər isə “Zenit” klubunu (4:2) məğlub ediblər.