İDMAN


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start veriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ikinci turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşacaqlar. “G” qrupunda yer alan İstanbulun “Beşiktaş” komandası doğma meydanda Almaniyanın “Leyptsiq” klubunu qəbul edəcək.

Oyunlar Bakı vaxtı ilə 22:45-də başlayacaq.

İkinci tur çərçivəsində aşağıdakı görüşlər keçiriləcək:

“E” qrupu

"Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya)

"Spartak" (Moskva, Rusiya) - "Liverpul" (İngiltərə)

“F” qrupu

“Napoli” (İtaliya) – “Feyenoord” (Hollandiya)

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna)

“G” qrupu

“Beşiktaş” (Türkiyə) – “Leyptsiq” (Almaniya)

“Monako” (Fransa) – “Porto” (Portuqaliya)

“H” qrupu

“Borussiya Dortmund” (, Almaniya) – “Real Madrid” (İspaniya)

APOEL (Kipr) – “Tottenhem” (İngiltərə)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.