İDMAN
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək
Bakı, 28 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 28-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, İngiltərənin “Mançester Siti” komandası Fransada ötən mövsümün finalçısı “Paris Sen-Jermen” klubu ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.
Xatırladaq ki, yarımfinalın ilk oyununda İngiltərənin təmsilçisi “Çelsi” İspaniyada “Real Madrid”lə heç-heçə edib - 1:1.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.