İDMAN


Bu gün UEFA Çempionlar və Avropa liqalarının dörddəbir final mərhələlərinin püşkü atılacaq

Bakı, 15 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 15-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk dörddəbir finala vəsiqə qazanan “Mançester Yunayted” (İngiltərə), “Liverpul” (İngiltərə), “Barselona” (İspaniya), “Ayaks” (Hollandiya), "Portu" (Portuqaliya), "Tottenhem" (İngiltərə), "Mançester Siti" (İngiltərə) və "Yuventus" (İtaliya) klubları arasında atılacaq.

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunları aprelin 9-10-da, cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək. Final görüşü isə iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda oynanılacaq.

UEFA Avropa Liqasının püşkatma mərasimi isə saat 16:00-da başlayacaq. Püşk “Ayntraxt” (Almaniya), “Arsenal” (İngiltərə), “Valensiya” (İspaniya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Napoli” (İtaliya) və“Slaviya” (Çexiya) komandaları arasında atılacaq.

Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab görüşləri aprelin 18-də reallaşacaq. Final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.