İDMAN


Bu gün UEFA Millətlər Liqasının birinci turuna yeddi oyun ilə yekun vurulacaq

Bakı, 8 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 8-də keçiriləcək yeddi oyunla UEFA Millətlər Liqasının birinci turuna yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, günün ilk oyunu “B” liqasının 3-cü qrupunda yer alan Şimali İrlandiya ilə Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Günün ən çox maraqla gözlənilən oyunu Londondakı “Uembli” stadionunda keçiriləcək. “A” liqasının 4-cü qrupunda yer alan İngiltərə millisi İspaniya yığmasını qəbul edəcək. Bu liqanın 2-ci qrupunda yer alan İslandiya yığması isə İsveçrə millisinin qonağı olacaq.

“C” liqasının ikinci qrupunda Finlandiya millisi Macarıstan yığmasın, Estoniya seçməsi isə Yunanıstan komandasını qəbul edəcək.

“D” liqasının 2-ci qrupunun ilk turuna Belarus və San-Marino millilərinin oyunu ilə start veriləcək. Qrupun ikinci matçında Lüksemburq millisi doğma meydanda Moldova yığmasını qəbul edəcək.

Xatırladaq ki, “D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi ötən gün Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.