İDMAN


Bu gün UEFA Millətlər Liqasının üçüncü turuna yekun vurulacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də UEFA Millətlər Liqasının üçüncü turuna yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, üçüncü turun sonuncu günündə doqquz qarşılaşma keçiriləcək.

Maraqla gözlənilən oyunlardan biri A liqasının 1-ci qrupunda baş tutacaq. Dördqat dünya çempionu Almaniya millisi Niderland seçməsinin qonağı olacaq. Türkiyəli Cüneyt Çakırın idarə etdiyi oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

B liqasının 1-ci qrupunda yer alan Slovakiya millisi Çexiya yığmasını qəbul edəcək. Bu liqanın 4-cü qrupunda isə Danimarka seçməsi İrlandiya komandasının qonağı olacaq.

C liqasının 3-cü qrupunda iki qarşılaşma oynanılacaq. Norveç yığması Sloveniyanı, Bolqarıstan isə Kipr seçməsini sınağa çəkəcək.

D liqasının 1-ci qrupunda Gürcüstan millisi doğma meydanda Andorra yığması ilə görüşəcək. Qazaxıstan seçməsi isə Latviya millisinin qonağı olacaq.

Bu liqanın 4-cü qrupunda Makedoniya millisi Lixtenşteyn yığmasını qəbul edəcək. Qrupun digər oyununda Ermənistan yığması Cəbəllütariq seçməsi ilə üz-üzə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.