İDMAN


Bu gün UEFA Super Kuboku uğrunda oyunda “Real Madrid” komandası “Ayntraxt”la qarşılaşacaq

Bakı, 10 avqust, AZƏRTAC

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Helsinki Olimpiya Stadionunda təşkil olunacaq görüşdə İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaqlar. Görüşü FIFA referisi ingiltərəli Maykl Oliver idarə edəcək.

Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqası, Frankfurt təmsilçisi isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.

İndiyədək yeddi dəfə Superkubok matçında iştirak edən “Real Madrid” aktivinə dörd qələbə yazdırıb. “Ayntraxt” isə belə bir matça ilk dəfə çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.