İDMAN


Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də UEFA Super Kubokunun 2019-2020-ci il mövsümünün yeni sahibi müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Ferents Puşkaş” stadionunda keçiriləcək qarşılaşmada 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan “Bavariya” klubu ilə UEFA Avropa Liqasının kubokunun sahibi “Sevilya” komandası üz-üzə gələcəklər.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək.

Oyun öncəsi “Bavariya”nın heyətində ciddi itkilər var. Komandanın əsas qol silahı sayılan polşalı Robert Levandovski, müdafiəçi Tanqi Kuassi zədə səbəbindən oyunu buraxmalı olacaqlar. Kinqsli Koman karantində olduğu üçün matçda forma geyinməyəcək. Digər zədəlilər - Entoni Deyvis və Leon Qoretskanın oynaması sual altındadır.

“Sevilya” klubunun heyətində Sebastian Korşya və Pablo Peres zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

UEFA Super Kubokunu indiyədək ən çox “Milan” və “Barselona” komandaları qazanıblar. Hər iki komanda indiyədək 5 dəfə bu kuboka sahib olublar. Bundan başqa, kataloniyalılar 4, “qırmızı-qaralar” isə 2 dəfə həlledici oyunda uduzublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.