DÜNYA


Bu gün Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı sükut günüdür

Kiyev, 20 iyul, AZƏRTAC

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün ölkədə sükut günüdür.

AZƏRTAC xəbər verir ki, Ukraynanın seçki qanunvericiliyinə görə, sükut günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar, sorğuların nəticələrinin dərci qadağan olunur.

Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.