CƏMİYYƏT


Bu gün Ümumdünya Ətraf Mühitin Sağlamlığı Günüdür

Bakı, 26 sentyabr, AZƏRTAC

26 sentyabr - Ümumdünya Ətraf Mühitin Sağlamlığı Günüdür.

AZƏRTAC xəbər verir ki, həmin təqvim Beynəlxalq Ətraf Mühitin Sağlamlığı Federasiyası tərəfindən təsis edilib. Bu təşkilat insanlar arasında ətraf mühitin sağlamlığı haqqında məlumat yayır və planetimizin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün ölkələr arasında əməkdaşlığı inkişaf etdirir.

Bu günlə əlaqədar təşviqat işləri 2011-ci ildə İndoneziyada başlanılıb. Bir il sonra Avropa və Afrika , 2013-cü ildə isə Amerika, Avstraliya, Asiya qitəsinə yayıldı.

Hər il ətraf mühitin sağlamlığına ictimaiyyətin diqqətini çəkmək üçün bir mövzu ətrafında tədbirlər, kampaniyalar, aksiyalar keçirilir. Cari ilin şüarı “Daxili və xarici hava keyfiyyəti”dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.