İDMAN


Bu gün “Zirə” komandası “Sabah”la qarşılaşacaq

Bakı, 12 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, ikinci turun açılış matçında “Zirə” komandası “Sabah”ı qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq. Görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Bu komandalar arasındakı son altı qarşılaşmada ən azı iki qol qeydə alınıb. “Zirə” son yeddi oyunda meydanı qolsuz tərk etməyib.

Tura avqustun 13-14-də keçiriləcək “Sumqayıt”–“Qarabağ”, “Səbail”–“Turan Tovuz”, “Qəbələ”–“Şamaxı” və “Neftçi”–“Kəpəz” görüşləri ilə yekun vurulacaq.

Hazırda hərəyə üç xal toplayan “Zirə”, “Sabah”, “Qarabağ”, “Qəbələ” və “Neftçi” turnir cədvəlində birinci-beşinci yerləri bölüşürlər.

Qeyd edək ki, cari çempionat altıillik fasilədən sonra 10 komandanın iştirakı ilə keçirilir və Premyer Liqada ilk dəfə VAR sistemindən istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.