İDMAN
Bu gün "Neftçi"nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşəcək
Bakı, 2 avqust, AZƏRTAC
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi"nin də rəqibi bəlli olacaq.
Bakı təmsilçisi üçüncü təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.
Potensial rəqiblər isə Fransanın "Nitsa" komandası, "Hayduk" (Split, Xorvatiya) - "Vitoriya" (Portuqaliya) cütünün qalibi, "Vaduts" (Lixtenşteyn) - "Konyaspor" (Türkiyə) cütünün qalibi və "Vikinq" (Norveç) - "Sliqo Rovers" (İrlandiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]
“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik
- 24.04.2024 [10:40]
Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq
- 24.04.2024 [10:32]