ELM VƏ TƏHSİL


Bu gün ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanacaq

Bakı, 21 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.