İQTİSADİYYAT


Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür

Bakı, 22 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 13 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, indi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.

AAYDA ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.

Hazırda agentliyin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17 min 542,6 kilometr uzunluqda avtomobil yolu var ki, bunun da 4385 kilometri respublika əhəmiyyətli, 13 min 157,6 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollara işğaldan azad edilmiş doğma Qarabağımızın ərazisində olan 2661 kilometr uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.