İDMAN


Bu gün bədii gimnastika üzrə Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gimnastlar fərdi yarışlarda halqa və topla hərəkətlərdə mübarizə aparacaqlar. Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.

Qeyd edək ki, çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - 5 halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.