İDMAN


Bu gün çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında qalib və mükafatçılar müəyyənləşəcək

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, final oyunlarından əvvəl saat 12:30-da Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçiriləcək. Seminar bitdikdən sonra yarışlara start veriləcək. Günün ilk matçında saat 16:30-da kişi həndbolçulardan ibarət Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri “Bakı” komandası ilə üz-üzə gələcək. Digər oyun isə “Məhsul” – “Təhsil” qarşılaşması olacaq.

Kişilər arasında yarışlardan sonra saat 18:00-da qadın həndbolçular meydana çıxacaqlar. “İdman Akademiyası” - “Azəryol-1”, “Azərsu” – “Azəryol-2”, “Nur” – “Qarabağ” görüşlərindən sonra qalib və mükafatçıların adları məlum olacaq.

Son yarış günü qadınlar arasında üç, kişilər arasında iki matç olmaqla, ümumilikdə, beş oyun keçiriləcək.

Saat 20:00-da isə qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.