İDMAN


Bu gün çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun finalçıları məlum olacaq

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində iyunun 7-də çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin yarımfinal mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarımfinalda “Sərhədçi”, “Polad”, “Buta Qolden” və “Omar” kollektivləri mübarizə aparırlar. İlk görüşdə “Polad” və “Omar” komandaları qarşılaşırlar. Günün ikinci oyununda isə “Buta Qolden” və “Sərhədçi” komandaları finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Turnirdə üçüncü yer uğrunda oyun və final görüşü iyunun 9-da keçiriləcək. Yarışın mükafat fondu 50 min manatdır.

İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.

Festival çərçivəsində iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.

İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.