İDMAN


Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq

Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq

Bakı, 2 dekabr, AZƏRTAC

Bu gün Qətərdə futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, G qrupu çərçivəsində Kamerun – Braziliya və Serbiya-İsveçrə oyunları keçiriləcək. “Lusail” stadionunda oynanılacaq Kamerun–Braziliya matçını ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. “Stadium 974”də keçiriləcək digər matç isə Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 6 xal olan Braziliya millisi qrupa liderlik edir. İsveçrə 3 xalla ikincidir. Kamerun və Serbiya seçmələri 1 xalla üçüncü-dördüncü pillədə yer alıblar.

H qrupu çərçivəsində isə Qana - Uruqvay və Koreya Respublikası - Portuqaliya matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Qana - Uruqvay matçı almaniyalı hakim Daniel Zibert idarə edəcək. “Edukeyşın Siti” stadionunda təşkil olunacaq digər oyun isə Argentinadan olan hakim Fakundo Teloya tapşırılıb.

Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.