İDMAN


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir

Bakı, 16 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümünə start veriləcək.

AZƏRTAC xəbər verir ki, sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion “Qarabağ” ötən mövsümü axırıncı yerdə bitirən “Keşlə”nin qonağı olacaq. Görüş "Dalğa Arena"da baş tutacaq.

İlk turda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı avqustun 17-də, “Səbail” – “Zirə” görüşü avqustun 18-də, “Neftçi” – “Sabah” oyunu isə avqustun 19-da olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.