İDMAN
Bu gün futbol üzrə Azərbaycan çempionatında yeni mövsüm başlayır
Bakı, 6 avqust, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan çempionatında 2016/2017-ci il mövsümünə start veriləcək.
AZƏRTAC xəbər verir ki, açılış turunun ilk günündə iki qarşılaşma oynanılacaq.
Yubiley – 25-ci birinciliyin ilk oyunu “AZAL Arena”da keçiriləcək. Meydan sahibi AZAL-ın qonağı “Neftçi” olacaq. Ötən mövsüm avrokuboklar uğrunda sonadək mübarizə aparan rəqiblər bu dəfə də kimin güclü olmasını aydınlaşdıracaqlar.
Günün ikinci qarşılaşması isə Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Ötən il debüt mövsümündə “gümüş”ə yiyələnən “Zirə” “Sumqayıt”ı qonaq edəcək. Qitə miqyaslı turnirlərdə çıxış etməyən komandalar mövsümə uğurlu start vermək istəyirlər. Bundan əlavə hər iki klubun heyətində kifayət qədər dəyişiklik olub və bu matçı həm də yenilənmiş heyətə bir baxış kimi də xarakterizə etmək olar. Adil Şükürovun komandası ötənilki ikinciliyin təsadüfi olmadığını sübut etməli, sumqayıtlılar isə səfərdən xalla dönərək Premyer Liqanın yeni mövsümünə qələbə ilə başlamaq arzusundadırlar.