İDMAN


Bu gün futbol üzrə Azərbaycan çempionatının 28-ci turuna yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan çempionatının 28-ci turuna yekun vurulacaq

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də oynanılacaq iki qarşılaşma ilə futbol üzrə Azərbaycan çempionatının 28-ci turuna yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, günün saat 15:30-da başlayacaq birinci görüşündə “Şamaxı” lider “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda oynanılacaq matçı Rauf Cabbarov idarə edəcək.

Tura saat 18:00-da başlayacaq “Sabah”-“Qəbələ” görüşü ilə yekun vurulacaq. Oyunu Cavid Cəlilov idarə edəcək. Komandalar “Bank Respublika Arena”da üz-üzə gələcəklər.

Xatırladaq ki, turun əvvəlki görüşlərində “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2, “Kəpəz” isə evdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Zirə” – “Neftçi” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Hazırda ölkə çempionatına keçirdiyi 27 oyunda 71 xal toplayan “Qarabağ” liderlik edir. “Sabah” klubu 62 xalla ikinci, “Neftçi” 57 xalla üçüncüdür. Aktivində 38 xal olan “Zirə” dördüncü, 36 xal yığan “Qəbələ” beşinci pillədə qərarlaşıb. Sonrakı yerləri “Turan Tovuz” (28 xal), “Kəpəz” (25), “Sumqayıt” (24), “Şamaxı” (20) və Səbail (18) tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.