İDMAN


Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, mərhələnin iki görüşü bu gün, digər ikisi isə dekabrın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin birinci qarşılaşmasında “Qəbələ” komandası doğma meydanda “Sabah” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

Saat 17:00-da başlayacaq ikinci qarşılaşmada “Səbail” və “Zirə” komandaları qarşılaşacaqlar. “ASCO Arena”da keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi dekabrın 16-da “Neftçi” – “Sumqayıt” oyunu ilə davam edəcək. Saat 18:00-da başlayacaq qarşılaşmada baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş “Bakcell Arena”da oynanılacaq.

Dörddəbir final mərhələsinə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Keşlə” görüşü ilə yekun vurulacaq. Saat 20:00-da başlayacaq görüşün idarə olunması Səbuhi Bayramova tapşırılıb.

Xatırladaq ki, sonuncu yarışın finalında “Qəbələ” komandası “Sumqayıt” klubuna 1:0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.