İDMAN


Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci görüşünü keçirəcək VİDEO

Bakı, 8 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan yığma komandası sentyabrın 8-də UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Kipr seçməsi ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Nikosiyadakı “GSP” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.

C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.

Lüksemburq yığması ilə matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq. Kipr seçməsində isə Nikolas İoannu öz istəyi ilə heyətdən çıxarılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.