İDMAN


Bu gün futbol üzrə İspaniya Super kuboku yarışlarına start veriləcək

Bakı, 12 yanvar, AZƏRTAC

Bu gün futbol üzrə İspaniya Super kuboku yarışlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanında keçiriləcək yarışda ilk dəfə 4 komanda iştirak edəcək.

İlk yarımfinal oyununda “Real Madrid” klubu “Barselona” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi yanvarın 13-də keçiriləcək “Atletiko Madrid” – “Atletik Bilbao” duelinin güclüsü ilə qarşılaşacaq.

İndiyədək bütün rəsmi turnirlərdə baş tutan 247 “El Klasiko”nun 99-da paytaxt klubu, 96-da isə Kataloniya təmsilçisi qələbə qazanıb. Əlli iki görüşdə qalib müəyyənləşməyib.

“El Klasiko”larda ən çox oyun keçirən futbolçular hər iki komandanın sabiq kapitanı - Lionel Messi və Serxio Ramosdur. Hazırda hər ikisi Fransanın “Paris Sen-Jermen” klubunun şərəfini qoruyur. Onlar 45 dəfə meydana start heyətdə çıxıblar. Kataloniya təmsilçisindən Paris komandasına keçən Messi 26 qolla əzəli və əbədi rəqabətdə ən çox fərqlənən futbolçudur.

Kataloniya təmsilçinin məşqçilər korpusu Pedri və Ferran Torressin xidmətindən yararlana bilməyək. Buna səbəb Səudiyyə Ərəbistanına getməzdən əvvəl hər iki futbolçunun koronavirus testi müsbət çıxıb. Futbolçular karantinə alınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.