İDMAN


Bu gün futzal üzrə Yüksək Liqada play-off mərhələsinə start verilir

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də futzal üzrə Yüksək Liqada play-off mərhələsinin ilk oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana əsas mərhələni ikinci və üçüncü pillədə başa vurmuş “Neftçi” və “Xəzər Cənub” çıxacaqlar. Cəzalı olduğuna görə, “Neftçi”nin kapitanı Rüfət Balakişiyev komandasına kömək edə bilməyəcək. “Xəzər Cənub”da isə cəzalı futzalçı yoxdur.

Günün ikinci oyununda son çempion “Araz”la EKOL üz-üzə gələcək. Hər iki komanda meydana tam heyətlə çıxa bilməyəcək. “Araz”da Xətai Bağırov, EKOL-da isə Emin Kürdov cəzalı olduğuna görə qarşılaşmanı kənarda izləyəcək.

Qeyd edək ki, hər iki oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.