Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bu gün görkəmli müğənni Rəşid Behbudovun anım günüdür

Bu gün görkəmli müğənni Rəşid Behbudovun anım günüdür

Bakı, 9 iyun, AZƏRTAC

“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatından 34 il ötür.

AZƏRTAC böyük sənətkar Rəşid Behbudovun anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.

R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.

Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.

Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər

Estoniyanın nümayəndə heyəti məşğulluq sahəsində Azərbaycan təcrübəsi ilə tanış olub

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın tezisləri çap olunub

ADAU-da Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri üzrə VI beynəlxalq konfrans keçirilib

MDU-da “Tyutor xidməti” təlimləri başa çatıb

Rəsədxana: Payız fəsli Azərbaycana sentyabrın 23-də saat 10:49-da daxil olacaq

Səkkiz ayda Qəbələdə 9,1 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Macarıstan Aİ-nin Azərbaycanla bağlı birgə bəyanatına veto qoyub

Çin və Suriya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb

Yaponiyada anomal isti səbəbindən 35 min nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan Texnologiya Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

2023-cü ilin Buker mükafatı üçün qısa siyahı elan edilib

Şuşa rayonu ərazisində mina hadisəsi baş verib

Sinqapur aeroportu sərnişinlərə pasportsuz səyahət imkanı yaradacaq

Bakı Böyük Dəbilqə turniri: Azərbaycanın iki cüdoçusu yarımfinala çıxıb

Serbiya Prezidenti Qərbi beynəlxalq hüququ pozmaqda ittiham edib

Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşlər keçirilib

Antiterror tədbirlərinin nəticəsi təsdiqlədi ki, Qarabağda yaşayan erməni əhalisi hədəf deyil – ŞƏRH

Antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin daha güclü olduğunu bir daha göstərdi - ŞƏRH

Əsl Avropa komandası - ŞƏRH

Azərbaycanın finala çıxmış güləşçisi: Çox həyəcanlı idim

Yaponiya Mərkəzi Bankı yumşaq pul siyasətini davam etdirəcək

Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti diqqət mərkəzində saxlayır

Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməsi səbəb olub

Arif Əsədov: “Molde” komandası “Qarabağ”dan bu performansı gözləmirdi

Qarabağda antiterror tədbirləri - qlobal miqyasda separatizmlə mübarizədə ən rasional addım - ŞƏRH

Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var

Agentlik rəsmisi: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yerli məhsullar hazırlanır

Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbulunu bloklayıb

Azərbaycan nefti dünya bazarında dəyər qazanmaqda davam edir – Ekspert

Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb

Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir

Masallıda beş heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Cəlilabadda təhsil müəssisəsində külli miqdarda dövlət əmlakı mənimsənilib

“Azərxalça” ilə AZCHEMCO gübrə istehsalı şirkəti əməkdaşlıq edəcək

MDB ölkələrinin transfuziologiya məsələləri üzrə Ekspert şurasının iclası keçirilib

Diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

Naxçıvana avtobus reyslərinin sayı artırılıb

Ordumuzun qısa vaxtda yazdığı uğur hekayəsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi

Mil-Muğan regionu üzrə təhsil işçiləri imtahan verəcəklər

Azərbaycan Sığortaçılar Assosiasiyası Pakistan Sığortaçılar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Reza Deqatinin Vannda keçirilən sərgisi yerli ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırır VİDEO

BDU-da İsrail universitetlərinin təqdimatı olacaq

Bu gün bir çox ölkədə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur

MDU-da dəyirmi masa: “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır”

Hərbi-siyasi ekspert: Azərbaycan BMT Təhlükəsizlik Şurasında erməni yalanlarını faktlarla ifşa etdi

Elçin İsmayılov: Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı iki kitab çap mərhələsindədir

Qəbələdə güclü dolunun törətdiyi fəsadlar aradan qaldırılır

Figaro: Polşa silah tədarükünü dayandırmaqla Ukraynaya zərbə vurub

Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir

Qaradağda anbardan 106 min manatlıq 84 noutbuk və kompüter avadanlıqları oğurlanıb

“Ana dili – Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib

Azərbaycan dünyada sülhün bərqərar olmasına töhfə verməklə yanaşı, onun təşviqində də böyük rol oynayır

Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR Əlaçı Təqaüdü”nü qazanıblar

Dünya Bankının regional direktoru: Azərbaycan əhəmiyyətli inkişafa nail olub

“Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq

AMEA: “Elektron Akademiya” şöbəsi 268 məqaləyə DOİ identifikatoru verib

BMT-nin Baş katibi: Bəşəriyyət artıq “cəhənnəmin qapılarını” açıb

Bakıda “Kibertəhlükəsizlik günləri” çərçivəsində panel iclasları keçirilir

“Avrora” MMC-də qanvermə aksiyası keçirilib

Azərbaycan Tibb Universitetinin nəzdində Psixoloji Mərkəz yaradılıb

Xaçmazda Qudyalçay üzərində yeni körpünün svayları vurulur

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib VİDEO

Mina qurbanı: Terror aktları qətiyyən cəzasız qalmamalıdır

Azərbaycan alimləri qlobal təbiət problemlərinin həllində iştirak edəcəklər

ADAU-da “Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələrinin müzakirəsi aparılıb

Tərbiyəçi-müəllimlər üçün təlimlər başlanır

Tələbələr Çin incəsənəti ilə bağlı inşa müsabiqəsinə dəvət olunurlar

Abdulkadir Emin Önen: Asiya Parlament Assambleyasının Bakı iclası yüksək səviyyədə təşkil edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi 12 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb

Qazaxıstan–Azərbaycan oyununun hakimləri müəyyənləşib

“YAŞAT” Fondu şəhid Şahlar Nağıyevin ailəsinə dəstək göstərib

İƏT-in Baş katibi anti-müsəlman ritorikasının güclənməsindən narahatlığını ifadə edib

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır

UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyunu keçiriləcək

Torpaqşünas alimlərə ingilis dili sertifikatları təqdim edilib

Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 2,3 dəfə artıb

Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Bu il 6 yeni məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumunda dayanıqlı urbanizasiyaya əsaslanan yeni yanaşmalar müzakirə ediləcək

Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Yekun müsahibədə uğur qazanan hakimliyə namizədlərin adları açıqlanıb

Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib

Azərbaycan Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək

Məşhur Seretelinin kitabı Azərbaycan dilində nəşr olunub

AZƏRTAC Çinin Henan vilayətinə təşkil edilən mediaturda təmsil olunub

BMT TŞ-nin dünənki iclası Ermənistanın və onun bəzi havadarlarının azərbaycanofob siyasətlərinin iç üzünü göstərdi - İCMA

Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçiriləcək

Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən 1,4 kilometr nov kanal cari təmir edilib

FHN-in Qarabağ Regional Mərkəzinin rəisi: Yük karvanı Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək VİDEO

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir VİDEO

Paytaxtın bir sıra yollarında tıxac yaranıb

Azərbaycan xalqı öz lideri ilə qürur duyur və onun ətrafında sıx birləşib

Ukrayna və ABŞ birgə müdafiə ekosistemi yaradacaq

Meksikada bir evdə 5 kişi meyiti tapılıb

Yaponiyada güclü zəlzələ baş verib

Ohayo ştatında aerotaksi istehsal edən zavod tikiləcək

NATO-dan ABŞ-a “Çin” məsləhəti

Bayden “Abrams” tanklarının gələn həftə Ukraynaya çatdırılacağını bildirib