Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bu gün görkəmli şair Nazim Hikmətin anım günüdür

Bakı, 3 iyun, AZƏRTAC

XX əsr dünya ədəbiyyatının ən görkəmli şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana xəttini, istedadının ən qüvvətli istiqamətini təşkil edirdi.

AZƏRTAC xəbər verir ki, bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin vəfatından 60 il ötür.

Nazim Hikmət 1902-ci il yanvarın 15-də Selamik şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib, fasilələrlə ömrünü məhbəslərdə keçirib, qürbətdə yaşamağa məcbur olub. Şair şeirlərinin birində bunu belə ifadə edib.

Bağlısan deyə ölkənə,

Dünyaya, insana,

Ya boğazdan asılarsan

Ya atılarsan zindana.

Şairin "Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması "Neft dünyasına səyahət” Bakı neftçilərinə həsr olunub. Bir il sonra ilk dəfə Bakıya gəlir. Bakını, Xəzəri görəndə ona elə gəlib ki, mühacirliyi yarıb öz doğma diyarına qayıda bilib. Özünə doğma bildiyi bu diyarda unudulmaz anlarını yaşayıb.

Şairin 1928-ci ildə ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - "Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə "Günəşi içirik... günəşlənirik” adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şeirinə göstərdiyi təsiri xüsusi vurğulayıb.

Onun şeirləri içərisində xüsusi yer tutan "Bayram oğlu”, "Arpa çayının iki yanı”, "Xəzər”, "Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı "835 misra”, "Baron-3”, "1+1=1”, "Səsini itirmiş şəhər” kitabları, "Jakonda” və "Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu "Alman faşizmi və irqçiləri” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edir, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - "Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.

Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur "İnsan mənzərələri” epopeyasını, "Həbsxanadan məktublar” silsiləsini, "Məhəbbət əfsanəsi”, "Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə "Türkiyədə”, "Qərib adam”, "İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.

Nazim Hikmət həm də istedadlı nasir idi. "Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında "Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.

Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.

Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Öz məmləkətindən sonra heç bir torpaq ona Azərbaycan qədər doğma olmayıb. Nazim Türkiyənin ətrini bizə yetirən, canımız qədər doğma olan türk dilini ölümsüz şeirləri ilə bizə çatdıran milli ruhlu, qüdrətli şairdir. Şair Bakını İzmirə bənzədirdi. Ona görə də Bakı, Xəzər haqqında təsirli şeirlər yazardı. Bakı həm də şairə ona görə doğma gəlirdi ki, burada onun şeirlərini saatlarla, doymadan dinləyəcək geniş dinləyici kütləsi, qiymət verə biləcək şair, yazıçı, bəstəkar, alim dostları, bütün Azərbaycan xalqı vardı.

Görkəmli bəstəkarımız Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı "Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.

Şair həyatının son günlərində Vətəndə olmaq, öləndə Anadolu məzarlığında - məzar daşı da istəməyərək, uca bir çinarın altında uyumaq arzulayıb. Ancaq şair doğulduğu torpaqdan çox uzaqlarda, qürbət diyarda - Moskvada 1963-cü il iyunun 3-də Vətən həsrəti ilə əbədiyyətə qovuşub.

Məşəqqətli, qasırğalı bir həyat yolu keçmiş Nazim Hikmət insan dünyasının zənginliyini, duyğu aləminin incəliklərini, həyatın mürəkkəbliyini, dünyanın təzadlarını bütün dolğunluğu ilə əks etdirə bilən və türk şeiri tarixində əbədiyaşar qalacaq korifey bir sənətkardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

“Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi uğurla başa çatıb

Cəsarət Əhmədov: Gənc idmançıların vətənpərvər ruhda böyümələri federasiya rəhbərlərinin qarşısında əsas vəzifə kimi qoyulmalıdır

Fərid Qayıbov: "Sağlam məhəllə" layihəsi uşaqların idmana həvəs göstərməsində faydalıdır

İcma: Simonyanın Avropa Şurası parlament rəhbərlərinin Avropa konfransındakı böhtan dolu çıxışını qınayırıq

İlham Əliyevin sirri

Azərbaycanın uğurlarının xronologiyasına baxsaq, Prezident İlham Əliyevin hər bir vədinin arxasında real addımın dayandığını görürük

Nyu-Yorkda yağış səbəbindən fövqəladə vəziyyət elan edilib

Bakıda “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar keçirilir

Qarabağ bölgəsi ilə bağlı İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndiyə səfəri nəzərdə tutulub

Xocəsəndə "Sağlam məhəllə”nin açılışı olub

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 VİDEO

II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Lənkəranda avtomobil 76 yaşlı kişini vurub

Postsovet məkanında separatizmin başının əzildiyi ilk geostrateji məkan məhz Azərbaycan oldu – RƏY

Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Rusiya Xalq Təsərrüfatının İdarəedilməsi və Dövlət Qulluğu Akademiyasının nümayəndələri ADPU–da olublar

II Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirib VİDEO YENİLƏNİB

Ağacların quruması və qəzalı vəziyyətə düşməsi qısa müddətdə baş vermir

AMEA-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib VİDEO

Azərbaycan və Ukrayna parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

MN: Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırılıb

Sentyabrda İtaliyada inflyasiya 5,3 faiz olub

DSX: Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb

İspaniyada Avropanın ən qədim ayaqqabıları tapılıb

“Səbail” klubu legioneri ilə müqavilənin müddətini uzadıb

Beynəlxalq konfransda Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışılıb VİDEO

QHT sədri: Naxçıvan görüşü Türkiyə-Azərbaycan strateji münasibətlərinin vahid konsepsiyasını ortaya qoydu

Gülnarə Xəlilovanın kolleksiyaları TÜRKSOY-un 30 illiyində Özbəkistan və Qazaxıstanda təqdim olunub

® Azərbaycanın hər bölgəsində yaxın və qənaətli qonşunuz!

Energetika naziri Naxçıvanda şirkət rəhbərləri ilə görüşüb

FHN: Xankəndi yaxınlığında baş vermiş yanğınla bağlı axtarış-xilasetmə əməliyyatı yekunlaşıb, xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıblar VİDEO

“AccessBank” tender elan edir

Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Qazaxıstanın futzal yığmasının Azərbaycan millisi ilə oyunlar üçün heyəti açıqlanıb

Anar Quliyev: Biz həm Azərbaycanın gördüyü işləri göstərmək, həm də dünya ölkələrinin təcrübəsini öyrənmək imkanı əldə etmişik

Oktyabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsi

Elm və təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə aşpazlıq üzrə pilot tədris qrupu yaradılır

“İqtisadi islahatlar” elmi-analitik jurnalının 7-ci sayı nəşr olunub

BDU-da “Kosmos hüququ” mövzusunda işçi seminar keçiriləcək

XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib

“Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilib

Azərbaycanın bugünkü inkişafının təməlində Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” böyük rol oynayır

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan üç nəfərdə 2 kq narkotik vasitə aşkarlanıb VİDEO

Məktəb direktorları üçün maarifləndirici görüş

Orta Dəhliz boyunca konteyner daşınmasının daha operativ formada təşkili müzakirə olunub

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi təsis edilib

Şərqşünas alimin məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Azad Mirzəcanzadə inkişaf proqramına start verilib

Azərbaycanı Beynəlxalq Atletlər Forumunda Rüstəm Orucov təmsil edəcək

Hakimlər, prokurorlar və vəkillər üçün etik qaydalar” adlı təlim kursunun açılış mərasimi olub

Bakıda “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Şəhid ailələri və digər həssas qrupların sosial müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

“Türk Dövlətləri İqtisadiyyatı” kitabının Qazaxıstanda təqdimatı keçirilib

Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq

Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən növbəti görüş başa çatıb   YENİLƏNİB FOTO VİDEO

Böyük Adron Kollayderində ilk dəfə təcrübədə neytrino aşkar edilib

DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib VİDEO

Kreml: Rusiya sülhməramlı kontingentinin gələcəkdə Qarabağda qalması məsələsi Bakı ilə müzakirə ediləcək

Azərbaycan Prezidenti: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır

Gürcüstanla sərmayələrin təşviqi və əməkdaşlıq perspektivləri müzakirə olunub

Meksika nümayəndəsi: Azərbaycanda olmaq bizim üçün yaxşı səfər təcrübəsidir VİDEO

Akkan Suver: Ümummilli Lider Heydər Əliyevin Türk dünyası üçün gördüyü işlər misilsizdir

Mahir Emreli: “Dinamo”nun əsas heyətində oynamağa layiq olduğumu göstərmək istəyirəm

Barbadosun Baş naziri BMT-nin növbəti Baş katibi ola bilər

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb

Prezident İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirilib VİDEO

Pakistanlı nazir: Bu səylərin başlanğıcında olsanız da, artıq çox müsbət və konstruktiv nəticələr var VİDEO

“44 gün – Tarixi zəfər” kitabının ikinci cildinin təqdimatı olub

Peşəkarlar tələbələrlə təcrübələrini bölüşüblər

“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabı ərəb və fars dillərində təqdim olunub

Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir

"Qəbələ"nin prezidenti: Klubumuz tarixində heç vaxt belə uğursuz start yaşamayıb - MÜSAHİBƏ

Qaxda 13 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır

Səudiyyə qəzeti Cənubi Qafqazda yeni reallıqlar və Qarabağ separatçılarının tərk-silah edilməsindən yazıb

“Artım” layihə məkanında sərgi – “MONO”

Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görülüb

“Düşünən şagird” müsabiqəsinə start verilib

BANM-də Süni İntellekt Mərkəzinin yaradılması planlaşdırılır

Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın

AMEA-nın prezidenti: Dünyada Azərbaycan-Türkiyə qardaşlığının alternativi yoxdur

Azərbaycanda Çin şirkəti ilə birgə Süni İntellekt laboratoriyası yaradılacaq

Azərsu: Biləcəri qəsəbəsində sudan qanunsuz istifadə halları aşkarlanıb

On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

“AzerGold” QSC peşə təhsili üzrə növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir

Pedaqoji ixtisaslar üzrə qəbul planının 30 faizi ADPU-nun payına düşür

Azərbaycan Prezidenti: Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik

“Enerjinin toplanması və çevrilməsi üçün materiallar” adlı beynəlxalq simpozium gələn il Bakıda keçiriləcək

Bakıda “Heydər Əliyev və Türkiyə Yüz İli” adlı tədbir keçirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir

Haqq savaşının iştirakçısı: Özünüməşğulluq proqramından yararlandığıma görə məmnunam

Hindistan 400 özüyeriyən artilleriya qurğusu almağı planlaşdırır

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Naxçıvana səfər ediblər

Folklor İnstitutunun doktorantura və dissertanturasına qəbulun nəticələri müzakirə edilib