ELM VƏ TƏHSİL


Bu gün ilin ikinci Günəş tutulması baş verib

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də ilin ikinci Günəş tutulması baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Bakı vaxtı ilə saat 05:48-də başlanan Günəş tutulması saat 08:13-də başa çatıb.

Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanları hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edib.

Növbəti Günəş tutulmasının avqustun 11-də olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.