İQTİSADİYYAT
Bu gün ilk dəfə Ümumdünya sərgilər günü qeyd olunur
Bakı, 8 iyun, AZƏRTAC
Bu il ilk dəfədir ki, iyunun 8-i Ümumdünya sərgilər günü kimi qeyd olunur.
Sərgi Sənayesi Assosiasiyasının (UFI) təşəbbüsü ilə 8 iyun Ümumdünya sərgilər günü elan edilib. 29 milli sərgini özündə birləşdirən Assosiasiya tərəfindən dəstəklənən bu bayramın məqsədi sərgilərin dünya iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha ictimaiyyətə xatırlatmaqdır.
Ümumdünya sərgi gününü qeyd edənlər arasında Azərbaycan sərgilər birliyinin nümayəndələri – “Iteca Caspian”, “Caspian Event Organisers” və “AzExpoMontage” şirkətləri də var.
“Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Iteca Caspian” “Caspian Event Organisers” və “AzExpoMontage” şirkətləri tarixdə ilk dəfə keçirilən bu bayramın şərəfinə bakılıların sevimli istirahət yeri olan Mərkəzi Nəbatat Bağında içməli su fəvvarəsi quraşdırmaqla, paytaxt Bakı şəhərinə hədiyyə bəxş ediblər. Şirkətlərin kollektivləri öz ailə üzvləri ilə birlikdə bu tədbirə qatılıblar.