İDMAN


Bu gün kiçikyaşlı yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi start götürür

Bakı, 6 may, AZƏRTAC

Bu gün kiçikyaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi start götürür.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin və ACF-nin birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışa Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı qatılacaq. 2008-2010-cu illər təvəllüdlü idmançıların iştirakı ilə keçiriləcək turnir üç gün davam edəcək.

Yarışın təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.