CƏMİYYƏT


Bu gün meşə fondu torpaqlarında 18 mindən çox ağac əkilib

Bu gün meşə fondu torpaqlarında 18 mindən çox ağac əkilib

Bakı, 30 mart, AZƏRTAC

Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri və yeni meşə əkinləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, eləcə də Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Qəbələ, İsmayıllı və Qobustan rayonlarında keçirilib, meşə fondu torpaqlarında 5 min 300 ədəd müxtəlif növ ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, meşəbərpa tədbirləri və meşə əkinləri, eyni zamanda, Zaqatala, Şəki, Şamaxı və Tovuz rayonlarının meşə fondu torpaqlarında da aparılıb. Gün ərzində meşə fondu torpaqlarında, ümumilikdə 18 min 130 ədəd müxtəlif növ ağac tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.