Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bu gün metropoliten işçilərinin peşə bayramıdır

Bakı, 8 noyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycanın böyüyən paytaxtını - Bakı şəhərini bu gün metropolitensiz təsəvvür etmək olmur. İctimai sərnişindaşıma nəqliyyatı sistemləri arasında özünəməxsus yeri olan metro şəhər tıxaclarına bir nəfəslikdir, mənzil başına sürətlə və vaxtında çatdıran bir vasitədir.

Bu gün Bakı Metropoliteni işçiləri peşə bayramını qeyd edir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyevin 2006-cı il 28 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-i Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Yaranmasının 51-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Hazırda üç xətti və 25 stansiyası olan Bakı metrosu gələcəkdə beş xətdən ibarət olacaq. Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometr, stansiyalarının sayı isə 76-ya çatacaq.

50-ci ilin yubiley təntənələrindən sonrakı ilk hesabat ilini “Bakı Metropoliteni” QSC hadisələr, yeniliklərlə zəngin bir dövr kimi geridə qoyur. Ötən hesabat dövrünün hadisələrinə diqqət yetirsək, ilk növbədə, iki yeni qatarın xəttə buraxılması qeyd oluna bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilən bu qatarlar, hətta, 2015-ci ildə gətirilmiş eyni nəsildən olan analoqlarından üstünlüyü ilə seçilir. Təkmilləşdirilib yeni texnoloji imkanlarla zənginləşdirilmiş bu qatarların salonu təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanı bioloji təmizləmə sistemləri ilə təmin olunub və bununla həmin vaqonların işıqlanmasına sərf olunan enerji 50 faiz azaldılıb. Salonda USB portlardan ibarət bloklar sərnişinlərin mobil cihazlarının enerji yükləməsinə də şərait yaradıb.

Metropolitendə son dövrün ən böyük yenilikləri sırasında metropoliten tarixində ən irimiqyaslı layihələrdən biri depo ərazisində istismara verilən vaqonların əsaslı təmiri sexidir. Pilot layihə kimi həmin sexdə inşa edilmiş ilk qatar da artıq sərnişinlərə xidmət edir. Yaxın gələcəkdə ikinci qatar da xəttə veriləcək. Əvvəllər vaqonlar əsaslı təmir üçün ölkə xaricinə çıxarılırdı. Yeni sexin qurulması təmir xərclərinə, gömrük rüsumuna, vaqonların nəqlinə sərf olunan vəsaitə qənaət etmək imkanı verir.

Bakı Metropoliteninin stansiyaları dövrün tələblərinə uyğun yeniləşir. Yenidən qurulan stansiyaların sırasına bu il “Sahil” stansiyası da qoşulub. 50 illik istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi və bütün infrastrukturu ən yeni standartların tələbinə uyğun yeniləşmiş “Sahil” stansiyası dövlət başçısının iştirakı ilə iyunun 7-də açılaraq, sərnişinlərini büsbütün təzələnmiş görkəmi ilə qarşılayıb. Burada 3 eskalatorun əvəzinə Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırılıb. Yaxın gələcəkdə “Bakmil”, gələn ilin yayında isə “Xətai” stansiyaları metropolitenin yeniləşən simasına xüsusi töhfə olacaq. Bir giriş-çıxışlı “Xətai” stansiyasında da 3 eskalatorun 4 yenisi ilə əvəzlənməsi sərnişin təhlükəsizliyi və rahatlığı tələblərinə baxışı dəyişəcək.

2018-ci ildə metropolitenin stansiya və tunellərinin havalandırılması ilə bağlı əhəmiyyətli addımların atılmasına başlanılıb. Bu xüsusda yaz aylarından başlamaqla havalandırma sisteminin iş qrafiki tamamilə dəyişdirilib. Əvvəllər güclü ventilyatorlar iki qrafik üzrə – yay və qış rejimində çalışdırılırdısa, artıq hər fəslin öz tələbinə uyğun havalandırmaya keçilib.

“Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metropoliten əsl sosial layihələr meydanına çevrilib. Bu layihələr ictimaiyyət arasında xüsusi rəğbətlə qarşılanır və ildən-ilə sərhədlər genişlənir və maraq doğurur. Ənənəvi yeni il, Novruz bayramı və digər əlamətdar tarixi hadisələrlə bağlı layihələr, musiqili günlər artıq yeniləşən metropolitenin ayrılmaz tərkib hissəsinə çevrilib. Uşaqların builki beynəlxalq müdafiəsi günü 3 gün ərzində metropolitendə stansiyaların qatarlarda elanlarının uşaqların dili ilə verilməsi də xüsusi rezonans doğuran layihələrdəndir. “Metroqallery” çərçivəsində bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş fotosərgi “Gənclik” stansiyasının keçidlərini əsl dənizçilik tarixi muzeyinə çevirib. Macar xalqının azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə bu ölkənin səfirliyinin təşəbbüsünə cavab olaraq yeni xəttin “Memar Əcəmi” stansiyası məşhur macar şairi Şandor Petöfinin əsərlərini təbliğ edib.

Cəmiyyət üçün əhəmiyyətli hadisələr sırasında görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyi onun adını daşıyan stansiyada təntənə ilə qeyd olunmasını da xüsusi vurğulamaq lazımdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü də metropolitendə xüsusi aksiya ilə qeyd olundu. Qatarda təşkil edilmiş fləşmobda “Azərbaycan” şeiri cəmiyyətdə müsbət qarşılanan layihələrdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub