CƏMİYYƏT


Bu gün paytaxtın 548 küçəsi dezinfeksiya edilib

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikasının və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə növbəti dezinfeksiya tədbiri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sayca doqquzuncu dəfə həyata keçirilən və xüsusi kimyəvi maddələrlə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 548 küçədə dezinfeksiya işləri görülüb.

Əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarında gün ərzində orta hesabla 250 küçə dezinfeksiya edilirdisə, kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm ikiqat artıb. Avropanın böyük dövlətlərinin heç birində böyük vəsait tələb edən belə genişmiqyaslı tədbirlər sistematik görülmür. Ölkəmizdə bu işlərin həyata keçirilməsi dövlətimizin başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olub.

Paytaxt sakinlərinin sağlamlığının qorunmasına və həyatlarının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olan dezinfeksiya işləri davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.