İDMAN


Bu gün qadın voleybolçularımız dünya çempionatının ikinci mərhələsində mübarizəyə başlayacaqlar

Bakı, 7 oktyabr, AZƏRTAC

Bu gün Azərbaycan millisi Yaponiyada voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, İtaliya yığmasına qarşı keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

Osaka şəhərində davam edəcək ikinci mərhələnin oyunlarında Azərbaycan komandası İtaliya ilə yanaşı, Çin, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq.

Cədvələ əsasən oktyabrın 7-də başlayacaq yarışın ilk günündə Türkiyə yığması Rusiya, Bolqarıstan komandası ABŞ, Çin idmançıları isə Tailand voleybolçuları ilə qarşılaşacaqlar.

Azərbaycan millisi oktyabrın 8-də Çin, iki gün sonra Türkiyə, ayın 11-də isə Bolqarıstan idmançılarına qarşı mübarizə aparacaq.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.