İDMAN


Bu gün qadınlar arasında şahmat üzrə ölkə çempionatının ikinci turunun oyunları keçiriləcək

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 5-də Bakıda qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, birinci turun nəticələrinə əsasən, Səmra Qasımova, Günay Məmmədzadə, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarova bacıları, Aydan Höcətova, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva hərəyə bir xalla 1-8-ci yerləri bölüşürlər.

İsveçrə sistemi üzrə 9 turdan ibarət ölkə çempionatında 18 şahmatçı iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.