ELM VƏ TƏHSİL


Bu gün regionlarda 70081 şagird üçün buraxılış imtahanı keçirilir

Bakı, 27 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39 min 554, XI sinif üzrə 30 min 527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iyunun 27-də ümumilikdə 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Doqquzuncu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10-da başlayıb və bir saat 30 dəqiqə davam edəcək. XI sinif şagirdləri üçün isə imtahan saat 15-də başlanacaq və iki saat 45 dəqiqə müddətində aparılacaq.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.

Bu gün, həmçinin Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olacaq, imtahan prosesini yaxından izləyəcək.

Xatırladaq ki, iyunun 28-də isə M.Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. Şəkidə keçiriləcək qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.