İDMAN


Bu gün şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışları keçiriləcək

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, rusiyalı şahmatçılar Yekaterina Laqno Jansaya Abdulmalik (Qazaxıstan), Valentina Qunina Vayşali Rameşbabu (Hindistan), Olqa Qirya Sarasadat Hademalşarieh (İran), çinli Hou Yifan Anna Uşenina (Ukrayna) ilə mübarizə aparacaqlar.

Yarışın səkkizdəbir finalda mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana 4,5:5,5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci mərhələsində rusiyalı şahmatçı Aleksandra Kostenyuka məğlub olub. Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.

Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.