İDMAN


Bu gün şahmat üzrə "Masters" turnirinin qalibi müəyyənləşəcək

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də ənənəvi Praqa şahmat festivalının əsas yarışı – “Masters” turnirinin son turunun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov 7-ci turda Çexiya təmsilçisi Tay Dan Van Nquyen ilə üz-üzə gələcək. Turun digər oyunlarında çexiyalı digər şahmatçı David Navara isveçli Nils Qrandelius, Polşa təmsilçisi Radoslav Voytaşek həmyerlisi Yan-Kşıştof Duda, niderlandlı Jorden Van Forest amerikalı Sem Şenklandla qarşılaşacaq.

Yeddi turdan ibarət turnirə aktivində 4,5 xal olan S.Şenkland başçılıq edir. N.Abasov 3 xalla beşinci yerdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.