İDMAN


Bu gün şahmatçımız Günay Məmmədzadə Cəbəllütariq Qran-Prisinin sonuncu turunda mübarizə aparacaq

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Prinin sonuncu – 11-ci turunda iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu turda şahmatçımız almaniyalı Elisabet Paets ilə görüşəcək.

Sonuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya bolqarıstanlı Antoaneta Stefanova, Valentina Qunina gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno ukraynalı Anna Muzıçuk ilə mübarizə aparacaqlar. Qazaxıstan təmsilçiləri - turnir cədvəlinin favoriti Jansaya Abdumalik (8 xal) ukraynalı Mariya Muzıçuk, Dinara Saduakassova isə rumıniyalı İrina Bulmaqa ilə qarşılaşacaqlar.

G.Məmmədzadə ötən 10 turdan sonra 6 xalla 3-4-cü yerləri bölüşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.