İDMAN


Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək

Bakı, 19 iyul, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk oyununda paytaxt təmsilçisi “Keşlə” klubu Maltanın “Balzan” komandası ilə qarşılaşacaq. Rusiyalı Mixail Vilkovun idarə edəcəyi oyun saat 21:00-da “Dalğa Arena” stadionunda başlayacaq.

“Keşlə” klubu Maltada keçirilən ilk qarşılaşmada 4:1 hesabı ilə məğlub olub. Matçın baş hakimin köməkçiləri Aleksey Vorontsov (Rusiya) və Vladimir Mineviç (Rusiya) olacaq. Dördüncü hakim funksiyasını Aleksey Suxoy icra edəcək

Bakı vaxtı ilə saat 21:30-da “Stade Municipal de Differdange” stadionunda keçiriləcək oyunda meydan sahibi “Proqres” klubu “Qəbələ”ni qəbul edəcək.

İlk görüşdə “Qəbələ” klubu doğma meydan lüksemburqlulara 0:2 hesabı ilə məğlub olub. Görüşü Şimali İrlandiya referisi Keith Kennedy idarə edəcək. Baş hakimin köməkçiləri Stephen Donaldson və Kristian Francis Hanna olacaq. Dördüncü hakim funksiyasını Evan Boyce icra edəcək.

Günün sonuncu oyununda çempionatımızın flaqmanı “Neftçi” Macarıstanın “Uypeşt” komandasının qonağı olacaq. Bakı vaxtı ilə 23:00-da başlayacaq qarşılaşmanı yunanıstanlı İoannis Papadopoulos idarə edəcək. İlk qarşılaşmada “ağ-qaralılar” doğma meydanda Macarıstan klubundan üstün olublar - 3:1. Matçın baş hakimin köməkçiləri Tryfon Petropoulos və Vasilios Kampouris olacaq. Dördüncü hakim funksiyasını Agelos Evangelou icra edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.