İDMAN


Bu gün üç cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bakı, 12 avqust, AZƏRTAC

Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə daha iki cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Belə ki, Elcan Hacıyev, Məhərrəm İmamverdiyev, Vüqar Talıbov tatamiyə çıxacaqlar.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.