REGİONLAR


Bu gün xalqımız düşmənlə aparılan bu gərgin mübarizədə dövlətimizin başçısının ətrafında yumruq kimi birləşib

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Bu gün xalqımız tarixi düşmənimizlə aparılan bu gərgin mübarizədə öz siyasi liderinə, Ulu Öndərimizin davamçısı olan dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Prezidentimizin qəddar və mənfur düşmənə qarşı səsləndirdiyi həqiqəti əks etdirən sərt bəyanatlardan ruhlanan xalqımız, yenilməz ordumuz sönməyən mübarizə ruhu ilə onu dəstəkləyir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsini böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova bildirib ki, bu gün xalqımızın ən böyük arzusu nə yolla olursa-olsun müqəddəs Qarabağ torpağının zəhərli düşmən tapdağından azad olunmasıdır. Erməni siyasətçiləri özlərini atəşkəs tərəfdarı kimi göstərsələr də, buna əməl etmirlər, Azərbaycan Ordusu qarşısında diz çökən erməni ordusu mülki əhalimizi atəşə tutur. Gəncəni, Mingəçeviri, Tərtəri, Ağdamı, Bərdəni və digər yaşayış məntəqələrimizi top və raket atəşinə tutmaq isə növbəti soyqırımı aktıdır. Gecə yuxuda olan dinc əhalini atəşə tutmaq insanlığa sığmayan cinayətdir! “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var!” şüarı ilə ruhu bəslənən xalqımız varlığı ilə torpağa elə bağlıdır ki, son damla qanınadək mübarizə meydanında qalacaqdır. Bu möhtəşəm mübarizədə qardaşımız - doğma Türkiyəmiz, Türkiyədə yaşayan hər bir türkiyəli bizə dəstəkdir. Biz müqəddəs mübarizəmizin hər addımında can və qan qardaşımız Türkiyəmizin dəstəyini duymaqdayıq!

Aytən Cəfərova qeyd edib ki, yurdumuzda, Vətənimizdə yaşayıb qanımızı içməyə hər zaman hazır olan bu mənfurlar “böyük Ermənistan” xülyasından heç zaman əl çəkməyiblər və yəqin ki, əl çəkməyəcəklər. Onlar bu xülyanı başqalarının torpaqları hesabına gerçəkləşdirməyə daim səy göstəriblər. Beşik başında öz körpəsinin qulağına “Türk sənin düşmənindir” pıçıldayan mənfur yağıdan nə gözləmək olar? Bu gün döyüş meydanında aciz qalan kimi, xislətlərinə uyğun olaraq dinc əhalini hədəf seçməklə iç üzlərini bir daha göstərmiş olurlar. Ordumuz isə ermənilərin layiqli cavablarını verir. Ordumuzun arxasında xalqımız, xalqımızın arxasında isə ordumuz dağ kimi dayanıb. Düşmən bu birliyimiz qarşısında acizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.