İDMAN
Bu gün yeniyetmə həndbolçularımız Fransa və Finlandiya təmsilçiləri ilə qarşılaşacaqlar
Bakı, 2 iyul, AZƏRTAC
Bu gün İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında həndbol üzrə 14-cü açıq Avropa turnirinə start verilir.
AZƏRTAC Avropa Həndbol Federasiyasına istinadla xəbər verir ki, turnirdə 20 komanda dörd qrupda mübarizə aparır. 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət Azərbaycan millisi “C” qrupunda Fransa, İspaniya, Finlandiya və İslandiya yığmaları ilə yarışacaq.
Turnirin qaydalarına əsasən, hər komanda gün ərzində iki oyun keçirəcək. Təmsilçilərimiz ilk yarış günündə Fransa və Finlandiya həndbolçuları ilə üz-üzə gələcəklər.
Xatırladaq ki, turnirdə ilk yeddi yeri tutan yığmalar gələn il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]